ain.az bildirir, Apa.az portalına istinadən.
Dünya şöhrətli macar rejissor Bela Tarr vəfat edib.
APA “Variety”yə istinadən xəbər verir ki, bu barədə Avropa Film Akademiyası məlumat yayıb.
70 yaşlı rejissorun uzun sürən xəstəlikdən öldüyü vurğulanıb.
Qeyd edək ki, Bela Tarr 1955-ci ildə Macarıstanın Peç şəhərində anadan olub. O, ilk uzunmetrajlı filmi 1977-ci ildə 22 yaşında olarkən çəkib. "Şeytanın tanqosu", "Düzənlikdə səfər", "Verçkmeyshter Harmoniyaları", "Londonlu adam" və digər məşhur filmlərin rejissoru olub. Bela Tarr 2025-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı olmuş Laslo Krasnahorkai ilə bir sıra kinolayihələr həyata keçirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.