AZ

Misirlə Suriya neft-qaz sahəsində əməkdaşlıq edəcək

Qahirə, 6 yanvar, AZƏRTAC

Misirlə Suriya arasında neft-qaz sahəsində əməkdaşlıq üzrə iki anlaşma memorandumu imzalanıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Suriya Misirin mövcud infrastrukturundan, o cümlədən LNG gəmilərindən, eləcə də qazötürmə şəbəkələrindən istifadə edərək elektrik enerjisi istehsalı üçün qaz tədarükü edəcək. Həmçinin Suriya neft məhsullarına olan ehtiyacların ödənilməsində Misirlə əməkdaşlıq edəcək.

Qeyd edilməlidir ki, Suriya tərəfi ilə bu razılaşmadan bir neçə gün əvvəl Beyrutda Misirlə Livan arasında da qaz tədarükü ilə bağlı saziş imzalanıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
48
2
azertag.az

3Mənbələr