AZ

Tanınmış türkiyəli aktyor xəstəxanaya yerləşdirildi - FOTO

Məşhur türkiyəli aktyor, rejissor, pedaqoq və dramaturq Haldun Dormen xəstəxanaya yerləşdirilib.

Milli.Az xəbər verir ki, 97 yaşlı Haldun Dormen infeksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Həkimlər onun sağlamlıq vəziyyətinin stabil olduğunu bildiriblər.

Məşhur sənətçinin bu yaxınlarda keçirdiyi infeksiya səbəbindən xəstəxanaya yerləşdirildiyi məlum olub. Həkimlərinin verdiyi açıqlamada Dormenin sağlamlıq vəziyyətinin stabil olduğu bildirilib.

Qeyd edək ki, bu il incəsənətdə 72-ci ilini qeyd edən Haldun Dormen aktyor, rejissor, pedaqoq və dramaturq kimi Türkiyə teatrına əhəmiyyətli töhfələr verib. Dövlət Rəssamı adını alan Dormen karyerası boyunca müxtəlif festivallarda çoxsaylı fəxri mükafatlara layiq görülüb.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
58
1
milli.az

2Mənbələr