AZ

"Bayern Münhen" Keynlə bağlı qərarını qətiləşdirdi - SON DURUM

"Bayern Münhen" iş yerini dəyişə biləcəyi deyilən ingilis hücumçu Harri Keynlə bağlı qərarını verib.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Florian Plettenberq yayıb.

Məlumata görə, Almaniya nəhəngi sözügedən forvardı saymaq niyyətində deyil. Mənbə tərəflərin müqavilə yeniləməyə yaxın olduqlarını və yeni anlaşmanın müddətinin 2029-cu ilin yayına qədər nəzərdə tutulacağını vurğulayıb.

Qeyd edək ki, Keyn 2023-cü ildə, 65 milyon avro qarşılığında "Tottenhem"dən transfer olunub. O vaxtdan bəri münhenlilərin forması ilə 121 matça çıxan ön xətt oyunçusu 115 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli futbolçunun klubu ilə indiki müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.

Nihat

Seçilən
84
1
fanat.az

2Mənbələr