AZ

“Beşiktaş” Türkiyə millisinin qapıçısı ilə yollarını ayırdı

Türkiyənin “Beşiktaş” komandası qapıçısı Mərt Günokla yollarını ayırıb.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı qolkiperlə müqaviləyə vaxtından əvvəl xitam verilib.

Türkiyə millisinin üzvü 2021-ci ildən “qara qartallar”ın heyətində çıxış edirdi.

Mərt Günok karyerasını sabiq komandası “Fənərbağça”da davam etdirəcək. Onunla yaxın zamanda rəsmi müqavilə imzalanacaq.

Seçilən
62
unikal.az

1Mənbələr