
Türkiyənin Kommunikasiya direktoru Burhanəddin Duran Malayziyanın Baş naziri Ənvər İbrahimin 6–8 yanvar tarixlərində Türkiyədə rəsmi səfərdə olacağını açıqlayıb.
Missiya.Az xəbər verir ki, B.Duran bu barədə sosial media hesabında paylaşım edib.O bildirib ki, səfər Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.
Qeyd olunub ki, yanvarın 7-də Türkiyə–Malayziya Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək. İclas çərçivəsində iki ölkə arasında münasibətlərin müqavilə-hüquqi bazasını gücləndirəcək bir sıra sənədlərin imzalanması planlaşdırılır.
Eyni zamanda görüşlər zamanı regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılacağı bildirilib.
Seyranə QuliyevaMissiya.Az