AZ

Psixiatrik xəstəxanalarda vərəm xəstələri necə MÜALİCƏ olunur? – Rəsmi AÇIQLAMA

Azərbaycanda tibb müəssisələrində qeydiyyatda olan 6487 vərəm xəstəsi var. Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, 2024-cü ildə ilk dəfə vərəm xəstəliyi diaqnozu qoyulanların sayı isə 2617-dir. Onlardan 1712-si kişi, 905-i isə qadındır.

2024-cü ildə 219 nəfər vərəm xəstəliyindən vəfat edib. Son bir neçə ildə vərəmə yoluxanların sayı azalsa da ölüm faktları qalmaqdadır.

Yanvarın 4-də Sabunçu rayonu 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə alan şəxs vərəm xəstəliyindən vəfat edib. Məlumata görə, Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Y. Nəsibov müalicə aldığı Sabunçu rayonu 1 saylı Respublika Psixiatriya Xəstəxanasında ölüb.

Bildiyimiz kimi, müvafiq xəstəxanada psixi sağlamlığının yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər müalicə alırlar. Həmçinin, psixi sağlamlığı yerində olmayan cinayət törədən şəxslər də cəzaçəkmə müəssisələrinə yox, bu tip müalicə müəssisələrinə yerləşdirirlər.

Maraqlıdır ki, həmin xəstələrə yanaşı xəstəlikləri ilə bağlı hansısa tibbi yardım göstərilir, tibbi müdaxilə edilirmi?

Respublika Psixiatriya Xəstəxanasından Bizim.Media-nın sorğusuna cavab olarq bildirilib ki, xəstəxana daxilində vərəm və digər şöbələr mövcuddur:

“Yanaşı xəstəliyi olan şəxslər burada müalicələrini davam etdirə bilirlər”.

Günay Şahmar, Bizim.Media

 

 

Seçilən
77
1
bizim.media

2Mənbələr