Almaniyaya saxta yolla əldə edilmiş vizalarla getmək istəyən miqrantların sayı getdikcə artır.
Modern.az xəbər verir ki, Almaniya sərhəd nəzarətini sərtləşdirdiyindən və sənədsiz miqrantlar üçün girişi çətinləşdirdiyindən, əcnəbilər getdikcə yalan məlumatlara və səbəblərə əsaslanaraq əldə edilmiş vizalarla ölkəyə daxil olmağa çalışırlar. Yerli media viza fırıldaqçılığı hallarının rekord səviyyəyə çatıb.
Alman polisinin müəyyən etdiyi kimi, bu saxta vizaların çoxu Almaniyada, eləcə də Fransa, Yunanıstan, İtaliya və İspaniyada "sığınacaq müraciətləri ilə bağlıdır". Bundan əlavə, qanuni giriş axtaran sənədsiz miqrantlar getdikcə "iş və ya təhsil üçün heç bir real əsas olmadan Almaniya milli vizaları" alırlar, deyə polis sözçüsü BILD-ə bildirib.
2025-ci ildə polis viza saxtakarlığı ilə bağlı 5569 iş açıb ki, bu da 2024-cü ilin ümumi sayından (5578 iş) bir qədər azdır. Müqayisə üçün, 2022-ci ildə Almaniyada viza fırıldaqçılığında cəmi 2596 şübhəli iştirak edib. Beləliklə, bu rəqəm 3 ildə ikiqat artıb.
Viza fırıldaqçılığı xüsusilə Türkiyə vətəndaşları ilə bağlı geniş yayılıb və təkcə bu il 634 şübhəli hal aşkarlanıb. Siyahıda ikinci pilləni Azərbaycan vətəndaşları tutur. Ötən il yalan məlumatlar əsasında viza ilə Almaniyaya 526 həmvətənimiz cəhd göstərib. Növbəti ən yüksək viza fırıldaqçılığı halları İran (462), Suriya (275) və Əfqanıstanın (212) payına düşür.