AZ

Prezident İlham Əliyevin müsahibəsi strateji mesajdır və növbəti illərin yeni geosiyasi mərhələsinin təsvirini yaradır - Sevil Mikaylova

Bakı. Trend:

Yanvarın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin yerliteleviziya kanallarına verdiyi müsahibə Azərbaycanın siyasi vəiqtisadi gündəminin gələcək konturlarını cızan çıxışlardanoldu.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova qeyd edib ki, dövlət başçısının müsahibəsi zamanısəsləndirdiyi fikirlərin arxasında strateji yanaşma, yeniçağırışlara adaptasiya və ictimai konsensus yaratmaq niyyətidayanır:

“2025-ci ilin ən böyük konsensus nöqtəsi sülh və sabitlik oldu.Prezident İlham Əliyev 2025-ci ili “sülh ili” kimi xarakterizəedir. Rəsmi olaraq mürəkkəb regional dinamika və 44 günlükmüharibədən sonrakı proseslər artıq siyasi müstəvidə idarə olunur.Sülh konseptinin dinamik inkişaf etdirilməsi Azərbaycan dövlətininardıcıl sabitlik strategiyasını yürütdüyünü açıq şəkildə göstərir.Bu yanaşma həm daxili sabitliyə, həm də xarici investorlarınAzərbaycana etimad göstərməsinə töhfə verir. Eyni zamanda regiondagüc balansının saxlanması üçün siyasi iradənin mövcud olduğununümayiş etdirir. Bu baxımdan, 2025-ci ili “tarixi il” adlandırmaqstrateji mesajdır”.

S.Mikayılova vurğulayıb ki, 2025-ci il Azərbaycan diplomatiyasıüçün də uğurlu il oldu. Dövlət başçısının müsahibəsində BirləşmişŞtatlarla əlaqələrin genişlənməsi, həmçinin Azərbaycanın coğrafi vəsiyasi körpü rolunun qabardılması mühüm yerlərdən birini tutur.Dövlət başçısı Azərbaycanın Mərkəzi Asiyanı Qərblə bağlayanetibarlı tranzit marşrutu kimi roluna diqqət çəkdi.

“Qlobal güclərlə əməkdaşlıq Azərbaycanın multivektorlu xaricisiyasət xəttini gücləndirir. Lakin bu əməkdaşlıqda balansınqorunması regional aktorlarla münasibətlərin tənzimlənməsindəönəmli rol oynayır. Ötən il Azərbaycan–ABŞ münasibətləri 907-cidüzəlişin kölgəsindən strateji tərəfdaşlığa doğru irəlilədi.Azərbaycan müstəqillik əldə etdikdən sonra münasibətlərin üzərindəuzun illər “qara bulud” kimi dolaşan 907-ci düzəliş ikitərəfliəlaqələrin inkişafına ciddi maneə yaradırdı. Bu məhdudiyyətlərerməni lobbisinin və anti-Azərbaycan dairələrinin fəaliyyətinəticəsində uzun müddət saxlanılmışdı.

Lakin mövcud geosiyasi reallıq köklü şəkildə dəyişib.Ermənistan–Azərbaycan müharibəsinin rəsmən sona çatması və ABŞ-dəPrezident Donald Tramp administrasiyasının hakimiyyətə gəlməsimünasibətlərdə yeni mərhələnin əsasını qoyub. Trampadministrasiyasının praqmatik yanaşması və milli maraqlaraəsaslanan siyasəti Azərbaycan kimi regionda güclü mövqeyə malikölkə ilə əməkdaşlığı ABŞ üçün də zəruri edir.

Ağ Evdə Prezident Trampın iştirakı ilə 907-ci düzəlişə faktikiolaraq son qoyulması, Konqresin bunu hələ hüquqi baxımdan ləğvetməməsinə baxmayaraq, ciddi siyasi və rəmzi məna daşıyır. Bu addımVaşinqtonun keçmişin siyasi qalıqlarından imtina etməyə hazırolduğunu göstərir və ikitərəfli münasibətlərin yeni keyfiyyətmərhələsinə keçidinin siqnalıdır", - deyə deputat vurğulayıb.

S.Mikayılova əlavə edib ki, ötən il Azərbaycanın əldə etdiyidiplomatik uğurlardan biri D-8 təşkilatına üzv qəbuledilməsidir:

“Otuz ilə yaxındır yeni üzv qəbul etməyən bu təşkilataAzərbaycanın dəvət olunması ölkəyə göstərilən yüksək etimadıngöstəricisidir. Bir milyarddan çox əhalini və dörd trilyondollardan artıq iqtisadi potensialı birləşdirən bu platformadaAzərbaycanın fəal iştirakı ölkənin İslam dünyasında artan siyasinüfuzunu təsdiqləyir.

Bununla yanaşı, Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqluüzvlük Azərbaycanın geosiyasi rolunun genişlənməsinin daha birbariz nümunəsidir. Coğrafi baxımdan Cənubi Qafqazda yerləşməsinəbaxmayaraq, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə həyata keçirdiyisıx iqtisadi və nəqliyyat layihələri nəticəsində bu məkanınayrılmaz siyasi aktoruna çevrilib. C5 formatının faktiki olaraqC6-ya transformasiyası regionun geosiyasi konfiqurasiyasını dəyişənproses kimi dəyərləndirilə bilər”.

Azərbaycan-Çin münasibətlərinə də toxunan deputat bildirib ki,Prezident İlham Əliyevin müsahibəsində Çinlə münasibətlər ayrıcastrateji xətt kimi təqdim olunur.

"Əmtəə dövriyyəsinin 4 milyard dolları keçməsi və rekord artımtempinin qeydə alınması Çin–Azərbaycan münasibətlərinin artıqkeyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Strateji vəhərtərəfli strateji tərəfdaşlıq sənədləri real iqtisadi nəticələrləmüşayiət olunur.

Çin şirkətlərinin bərpaolunan enerji, yaşıl nəqliyyat və sənayesahələrinə investisiyaları Azərbaycanın uzunmüddətli inkişafstrategiyasına tam uyğun gəlir. Günəş və külək stansiyaları,elektrik avtobusları, istehsal və lokallaşdırma layihələri ölkəninyaşıl transformasiya hədəflərinə xidmət edir. Eyni zamanda,nəqliyyat sektorunda Çin faktorunun artması Orta Dəhlizin tam gücüilə işləməsinə imkan yaradacaq. Bu axınların Zəngəzur dəhlizivasitəsilə də yönləndirilməsi Azərbaycanın regional tranzit mərkəzirolunu daha da möhkəmləndirəcək.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Mərkəzi AsiyanıQərblə etibarlı şəkildə birləşdirən yeganə real marşrutAzərbaycandır. Mövcud geosiyasi şəraitdə alternativ yollarınməhdudluğu Azərbaycanın strateji əhəmiyyətini daha da artırır.Artıq ölkə ərazisindən keçən konteynerlərin sayı 100 min həddinikeçib və bu yalnız başlanğıc mərhələdir.

Nəqliyyat infrastrukturunun genişləndirilməsi, Xəzərin dibi iləenerji və fiber-optik kabellərin çəkilməsi, eləcə də Orta Dəhlizingücləndirilməsi Azərbaycanın regional logistika mərkəzinəçevrilməsi strategiyasının praktik icrasıdır. Zəngəzur dəhlizininaçılması perspektivi isə bu marşrutların alternativliyini artıraraqtranzit təhlükəsizliyini və rəqabət qabiliyyətini gücləndirəcək”, -deyə S. Mikayılova vurğulayıb.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılmasının artıq ABŞPrezidenti səviyyəsində təsdiqlənməsi bu layihənin beynəlxalqlegitimliyini gücləndirir:

“Dəhlizin adı dəyişə bilər, lakin mahiyyəti dəyişmir: bu,Azərbaycanın regional kommunikasiyaların əsas qovşağına çevrilməsideməkdir. Ermənistanla normallaşma prosesinin əsas tərkib hissəsiolan bu layihə sülh sazişi və imzalanmış birgə bəyanatlarlabirlikdə yeni geosiyasi mərhələnin əsasını qoyur”.

Deputat S.Mikayılova müsahibə zamanı Azərbaycan Prezidenti İlhamƏliyevin vurğuladığı iqtisadi inkişaf istiqamətlərinə də diqqətçəkib.

“Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafdinamikası yüksəlməkdədir. Ölkənin gəlir modelinindiversifikasiyası artıq plan yox, praktiki reallıq kimi təqdimolunur. Qeyri-neft sektorunun artımı iqtisadi dayanıqlığıngözləntilərdən daha sürətli inkişaf etdiyini göstərir. Bu baxımdan2025-ci ilin makro göstəriciləri iqtisadi sabitliyin təməlinimöhkəmləndirib. Bu, həm dövlət idarəçiliyinin çevikliyini, həm dəbiznes mühitinin dinamikliyini vurğulayır.

İqtisadiyyatın inkişafı imkan verir ki, Azərbaycan təhsil,səhiyyə, sosial rifah proqramları və digər sahələr üzrə işləridavam etdirsin.

Sosial islahatların davam etməsi iqtisadi artımın nəticələrininbirbaşa vətəndaşa çatmasına yönəlib. Bu yanaşma dövlət-cəmiyyətəlaqələrini daha da möhkəmləndirir və sosial sabitliyidəstəkləyir”.

S.Mikayılova əlavə edib ki, proseslərin təhlili və ölkəbaşçısının səsləndirdiyi fikirlər təsdiqləyir ki, 2025 Azərbaycanüçün sabitlik və dinamikanın eyni zamanda təmin olunduğu iloldu.

“İqtisadiyyatımız daha çevik və diversifikasiya olunmuş modelədoğru gedir. Xarici siyasət yeni əməkdaşlıq xəttləri iləgenişlənir. Dövlətin daxili sosial siyasəti daha effektli icraedilir və ediləcək. Bu, sadəcə statistik hesabat deyil — dövlətstrategiyasının konkret təsviri və onun ictimai anlaşılması üçündüşünülmüş mesajıdır”, - deyə S. Mikayılova fikrini tamamlayıb.

Məqalədə:
Seçilən
64
4
az.trend.az

5Mənbələr