Bakı. Trend:
Növbəti büdcə ili üzrə Naxçıvan Muxtar Respublikasınınİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xəttiilə təmin edilən mədaxil mənbələri arasında sadələşdirilmiş vergiüzrə 4,5 milyon manat vəsait daxilolacağı proqnozlaşdırılıb ki, buda cari il üzrə proqnozlaşdırılan vəsaitin həcmindən 0,5 milyonmanat və ya 10,0 % az olduğunu göstərir.
Bu barədə Trend Hesablama Palatasına istinadən xəbər verir.
“DVX tərəfindən təqdim edilmiş məlumata əsasən cari ilin ötən 9ayı ərzində sadələşdirilmiş vergi üzrə proqnoz göstəricilərinin tamicra olunmaması müşahidə edilib. Təqdim edilmiş məlumata görə cariil üzrə müvafiq istiqamətdə icra göstəricilərinin aşağı səviyyədəolmasının əsas səbəbi notariat ofisləri tərəfindən mənzil satışınagörə, eləcə də bank hesablarından vəsaitlərin nağdlaşdırılmasınagörə ödənilən sadələşdirilmiş vergi məbləğlərinin azalması iləbağlı olub. Buna görə də, növbəti büdcə ili üzrə sadələşdirilmişvergi üzrə proqnoz məbləği əvvəlki ilə nisbətən azaldılıb. Qeydedək ki, müvafiq tədiyyə növü üzrə cari ilin 9 aylıq icragöstəriciləri zamanı proqnoz göstəriciləri özünü doğrultmadığından,icra zamanı kəsir riskinin yaranmaması məqsədilə növbəti büdcə iliüzrə proqnozlaşdırma prosesində iqtisadi əsaslandırmalarıngücləndirilməsi, dəqiqləşdirilməsi zərurətinin olduğu barədəqənaətə gəlinib”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, 2026-cı il üçün Naxçıvan Muxtar Respublika büdcəsiüzrə daxilolmaların 248,2 milyon manatı və ya 51,4%-i NaxçıvanMuxtar Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti(DVX), 17,5 milyon manatı və ya 3,6%-i Dövlət Gömrük KomitəsininNaxçıvan Baş Gömrük İdarəsinin, 2,7 milyon manatı və ya 0,6 %-ibüdcə təşkilatlarının ödənişli xidmətlərinin, 0,4 milyon manatı vəya 0,1 %-i dövlət əmlakının icarəyə verilməsindən icarə haqqının,1,0 milyon manatı və ya 0,2 %-i Ətraf Mühitin Mühafizəsi vəTəbiiEhtiyatlardan İstifadə üzrə Dövlət Fondu üzrə daxilolmaların, 1,7milyon manatı və ya 0,3%-i sair daxilolmaların, 211,6 milyon manatıvə ya 43,8 %-i isə gəlir və xərcləri tənzimləmək məqsədiləAzərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan vəsaitin(dotasiya) payına düşməklə proqnozlaşdırılıb.