Çin Xalq Respublikası beynəlxalq münasibətlərdə hər hansı dövlətin özünü “qlobal arbitraj mərkəzi” və ya “beynəlxalq polis” kimi təqdim etməsinə qarşı çıxıb.
Redaktor.az xəbər verir ki, bu barədə ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin brifinq zamanı ABŞ-Venesuela münasibətlərindəki gərginliyi şərh edərkən bildirib.
Onun sözlərinə görə, beynəlxalq arenada aparıcı rol böyük dövlətlərə məxsus olsa da, heç bir ölkə özünü beynəlxalq polis və ya beynəlxalq hakim kimi təqdim edə bilməz:
“Bütün dövlətlər beynəlxalq hüquqa, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əməl etməlidirlər. Heç bir ölkə beynəlxalq münasibətlərdə özünü hakim rolunda təqdim edə bilməz”, – deyə Mao Nin vurğulayıb.
Rəsmi nümayəndə əlavə edib ki, Çin fikir ayrılıqlarının dialoq yolu ilə həllinin tərəfdarıdır, bütün ölkələrin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşır və beynəlxalq münasibətlərdə “cəngəllik qanununa” qarşı birgə mübarizəyə hazırdır.
Nuriyyə NATİQQIZI