AZ

Naxçıvan büdcəsinin sair daxilolmaları üzrə proqnozlar dəqiqləşdirilməlidir – Hesablama Palatası

Bakı. Trend:

2026-cı il üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsinin sairdaxilolmaları cari ilin proqnoz göstəricilərindən çox, gözlənilənicra göstəricilərindən az olmaqla proqnozlaşdırılıb ki, bu daproqnozlaşdırma zamanı müvafiq dəqiqləşdirmələr aparılmasınınzəruriliyi barədə qənaətə gəlməyə imkan verir.

Bu barədə Trend Hesablama Palatasına istinadən xəbər verir.

Bildirilib ki, “Sair daxilolmalar” üzrə növbəti büdcə ili üçün1,7 milyon manat vəsait daxilolacağı proqnozlaşdırılıb

Qeyd edilib ki, müvafiq istiqamət üzrə daxilolmalar əsasən“dövlət əmlakının (bina və tikililər, nəqliyyat vasitəsələri,torpaq) satışından daxilolmalar” (650,0 min manat) və digəristiqamətlər üzrə daxilolan sair daxilolmalar üzrə isə (təqribən1,1 mln.manat) hesabına formalaşacağı proqnozlaşdırılıb.

“Aparılan təhlillərə əsasən qeyd edək ki, sair daxilolmalarıntərkib elementləri üzrə təhlil aparılarkən əvvəlki illərin icragöstəricilərinin, habelə cari ilin 9 aylıq icra göstəricilərihəmçinin gözlənilən icra göstəricilərinin nəzərə alınmadığı barədəqənaətə gəlinmişdir. Belə ki, “dövlət əmlakının (bina və tikililər,nəqliyyat vasitəsələi, torpaq) satışından daxilolmalar” üzrə2024-cü ilin icra göstəriciləri 666,5 min manat, 2025-ci ilin ötən9 ayı ərzində icra göstəriciləri 926,9 min manat olmuş, növbətibüdcə ili üzrə isə 650,0 min manat proqnozlaşdırılmışdır. Həmçinindigər istiqamətlər üzrə sair daxilolmaların 2024-cü ilin icragöstəriciləri 6,7 mln.manat, 2025-ci ilin ötən 9 ayı ərzində icragöstəriciləri 4,7 mln.manat, növbəti büdcə ili üzrə isə təqribən1,1 mln.manat həcmində vəsait proqnozlaşdırılmışdır. Bundan əlavəolaraq qeyd edək ki, “dövlət əmlakının (bina və tikililər,nəqliyyat vasitəsələri, torpaq) satışından daxilolmalar” dövlətbüdcəsinin kəsirinin maliyyələşdirilməsinə yönəldildiyi haldaNaxçıvan Muxtar Respublikası büdcəsi üzrə büdcə gəlirlərinə şamiledilir. Qeyd edək ki, müvafiq halın baş verməsinin əsas səbəbiNaxçıvan Muxtar Respublikasının büdcəsi üzrə kəsrinformalaşmamasına görə olmuşdur”, - məlumatda vurğulanıb.

Seçilən
50
az.trend.az

1Mənbələr