AZ

Dava pul davasıdır: ABŞ Venesuelanın kriptovalyuta aktivlərini ələ keçirmək istəyir

ABŞ Maduronun həbsindən sonra Venesuelaya məxsus kriptovalyuta aktivlərini müsadirə etməyi düşünür.

Publika.az xəbər verir ki, CNBC-nin məlumatına görə, bu, 600.000 BTC-yə (təxminən 60 milyard dollar) qədər vəsait saxladığı güman edilən əhəmiyyətli bir özəl fondla bağlıdır.

Medianın məlumatına görə, bu vəsait mövcud sanksiya məhdudiyyətlərini aşaraq neft, qızıl və USDT satışı yolu ilə toplanıb.

Əgər bu aktivlər bloklanarsa, “Bitcoin”in ümumi tədarükünün təxminən 3%-i uzun müddət dövriyyədən çıxarılacaq. Tədarükün belə azalması dünyanın aparıcı kriptovalyutasının qiymətində əhəmiyyətli dərəcədə artıma səbəb ola bilər.

Seçilən
39
publika.az

1Mənbələr