AZ

Həbib Nurməhəmmədov: “Söz azadlığı yoxdur”

UFC-nin sabiq çempionu və hazırda Şöhrət Zalının üzvü olan Həbib Nurməhəmmədov məşqçilik fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, Nurməhəmmədov bu barədə “World Sports Summit”dəki çıxışı zamanı danışıb.

“Zala gələndə, məşqlərə başlayanda hamı bilir ki, söz azadlığı yoxdur. Məşqçi mənəmsə, hamı mən dediyimi edir. Söz azadlığı keçmir. Zalın içində də, kənarında da mübahisələrə yer yoxdur, mən uşaqları irəli aparmağa çalışıram. Və nəticələrimizə baxsanız, demək olar ki, hər təşkilatda çempionlarımız var, ən yaxşı döyüşçülərimiz var. Bizim ən yaxşı komandamız var, çox sevinirəm. Bu o deməkdir ki, işimi yaxşı görürəm”, - deyə Nurməhəmmədov bildirib.

İdman.Biz
Seçilən
27
1
idman.biz

2Mənbələr