Xəbər verdiyimiz kimi, təcili yardım maşını qəzada kuryeri vurub, nəticədə gənc həyatını itirib.
Milli.Az xəbər verir ki, hadisə kuryerin dönər çatdırarkən baş verib.
Məlumata görə, 10 aylıq bir qız övladı olan gəncin sosial şəbəkədə onun qızı ilə birgə şəkilləri yayılıb. Bu görüntülər izləyicilər arasında böyük kədər yaradıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir, hüquq-mühafizə orqanları qəzanın səbəblərini müəyyən etmək üçün tədbirlər görürlər.
İzləyicilər sosial mediada gəncin ailəsinə dəstək ifadə edərək, baş verən hadisədən dərin üzüntü duyduqlarını bildiriblər.
Musa
Milli.Az