Bakı. Trend:
Növbəti büdcə ili üzrə Naxçıvan Muxtar Respublika büdcəsiningəlir və xərclərini tənzimləmək məqsədilə dövlət büdcəsindən 211,6milyon manat dotasiya ayrılması nəzərdə tutulub ki, bu da cari ilüzrə təsdiq edilmiş dotasiya məbləğindən 74,1 milyon manat və ya25,9 % az, 2024-cü il üzrə icra edilmiş dotasiya məbləğindən isə26,4 milyon manat və ya 14,3 % artıqdır.
Bu barədə Trend Hesablama Palatasına istinadən xəbər verir.
Bildirilib ki, 2025-ci ilin ötən 9 ayı ərzində Naxçıvan MuxtarRespublikası büdcəsi balansının aylar üzrə proqnoz və faktiki icragöstəriciləri arasında əhəmiyyətli dərəcədə fərq müşahidəolunmayıb.
“Təhlillər göstərir ki, cari il üçün proqnozlaşdırılmış dotasiyaməbləğinin təqribən 35 (otuz beş) faizdən artıq hissəsi üzrə ilərzində tələb formalaşmayacaqdır”, - məlumatda vurğulanıb.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublika büdcəsinin (gəlir vəxərcləri tənzimləmək məqsədilə dövlət büdcəsindən ayrılan dotasiyaistisna olmaqla) cəmi büdcə gəlirlərinin və xərclərinin müvafiqolaraq 99,1% və 59,8% -i cari ilin 9 ayı ərzində icra edilib. Əlavəedilib ki, cari ilin 9 aylıq proqnoz göstəriciləri ilə müqayisədəisə gəlirlər (dotasiya istisna) 34,3 % çox, xərclər isə 17,9 % azolmaqla icra edilib.