AZ

Maduronun qaçırılması zamanı 32 Kuba hərbçisi öldürülüb FOTO

Ses qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ prezidenti D. Trampın əmri ilə ölkənin silahlı qüvvələrinin Venesuelada keçirdiyi əməliyyat zamanı 80-ə yaxın hərbçi həlak olub. Maduronun qaçırılması zamanı öldürülən hərbçilər arasında Kuba vətəndaşları da olub. Bunla bağlı Kuba prezidenti açıqlama yayıb. Onun sözlərinə görə, Venesuelanın qanuni prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin oğurlanması nəticəsində 32 kubalı həlak olub. Kuba Prezidenti Migel Dias-Kanel adada iki günlük matəm elan edildiyini açıqlayıb: Xalqımız dərin kədər hissi ilə xəbərdardır ki, Amerika Birləşmiş Ştatları hökuməti tərəfindən qardaş Venesuela Bolivar Respublikasına qarşı törədilən cinayətkar hücum zamanı 32 kubalı döyüş tapşırıqlarını yerinə yetirərkən döyüş əməliyyatları nəticəsində həyatını itirib”.

İlham

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
sesqazeti.az

1Mənbələr