"Abşeron Lions" basketbolçusu De Şon Eyksen ilə əməkdaşlığa son qoyub.
Fanat.Az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
ABŞ-dən olan oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, De Şon Eyksen ötən ilin avqustundan "Abşeron Lions"da çıxış edirdi.