AZ

Suriya ordusunun mövqelərinə hücum: ölənlər var

Kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) Hələbdəki Şeyx Maqsud məhəlləsi yaxınlığında Suriya ordusunun mövqelərinə pilotsuz təyyarələrlə hücumlar həyata keçirib.

Publika.az xəbər verir ki, bu barədə Suriyanın SANA xəbər agentliyi məlumat yayıb.

Hücum nəticəsində bir əsgər həlak olub, bir neçəsi yaralanıb. Hadisədən sonra Hələb-Qaziantep yolu bağlanıb.

Qeyd olunur ki, bu, son günlərdə SDF tərəfindən ikinci belə hücumdur. Bazar ertəsi döyüşçülər Deyr Haferdəki hərbi polis postuna hücum edərək üç əsgəri yaralamışdı. Dekabrın sonunda isə Hələbdə kürd qüvvələri ilə hökumət qoşunları arasında toqquşmalar baş verib; bir neçə rayon atəşə tutulub və iki mülki şəxs həlak olub.

Seçilən
86
1
publika.az

2Mənbələr