Bakı. Trend:
Yalnız Danimarka Krallığı və onun tərkibində olan ərazistatusuna malik Qrenlandiya adanın gələcəyi ilə bağlı qərarlarqəbul edə bilər.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Fransa, Almaniya, İtaliya,İspaniya, Polşa, Böyük Britaniya və Danimarka liderlərinin birgəbəyanatında deyilir.
“Qrenlandiya onun xalqına məxsusdur. Danimarka və Qrenlandiya -yalnız onlar Danimarka və Qrenlandiyaya aid məsələlər üzrə qərarqəbul edirlər”, – bəyanatda qeyd olunur.
Yanvarın 4-də ABŞ prezidenti Donald Tramp jurnalistlərəaçıqlamasında ABŞ-nin milli təhlükəsizlik mülahizələrinə görəQrenlandiya üzərində nəzarətə ehtiyacı olduğunu bildirib.
Ağ Ev rəhbərinin iddiasına görə, bu məsələ strateji xarakterdaşıyır, belə ki, adanın ətrafında Rusiya və Çin gəmiləri üzür vəDanimarka bu ərazinin təhlükəsizliyini möhkəmləndirmək “iqtidarındadeyil”.
Aİ ölkələri liderlərinin bəyanatında həmçinin vurğulanır ki,Arktikada təhlükəsizlik NATO üzrə müttəfiqlərlə, o cümlədən ABŞ-labirgə şəkildə təmin olunmalıdır.
“Arktikada təhlükəsizlik Avropa üçün prioritetdir və Avropamüttəfiqləri onun gücləndirilməsi prosesindədir”, – bəyanatda qeydedilir.