AZ

Ani baş ağrısı bunun əlaməti ola bilər

Beyin hemorragiyası – beyindəki damarlardan birinin partlaması nəticəsində qan sızmasıdır və həyati təhlükə yarada bilər.

 

Pravda.az bildirir ki, bu vəziyyət beyin toxumasına təzyiq yaradır və dərhal tibbi müdaxilə tələb edir.

 

Əlamətləri:

 

Ani və güclü baş ağrısı

 

Üz və bədənin bir tərəfində zəiflik

 

Danışma və görmə problemləri

 

Şüurda dəyişiklik

 

Təcili tədbirlər:

Beyin hemorragiyası şübhəsi olan xəstələr dərhal xəstəxanaya çatdırılmalıdır. Müayinə üçün kompüter tomoqrafiyası (BT) və ya MRT aparılır.

 

Müalicə:

Qanamanın dayandırılması, təzyiqin azaldılması və lazım gəldikdə cərrahi əməliyyatlar həyata keçirilir. Müalicə nə qədər tez başlasa, ağır fəsadların qarşısı bir o qədər alınır.

 

Əminə Bayramova

Tarix: 6 Yanvar 2026, 17:35   
Seçilən
44
pravda.az

1Mənbələr