AZ

“Sibirin gücü-2” qaz kəməri yaxın yeddi ildə istifadəyə verilə bilər

BAKI, 6 yanvar. TELEQRAF

"Rusiya və Çin arasında qaz tədarükü ilə bağlı bu il müqavilə imzalanarsa "Sibirin gücü-2" qaz kəmərinin istifadəyə verilməsi 2033–2035-ci illərdə mümkündür".

Teleqraf xəbər verir ki, bu barədə“İmplementa” konsaltinq şirkətinin tədqiqatlar üzrə direktoru Maria Belova bildirib.

Belova qeyd edib ki, “Sibirin gücü-2” kəməri üzrə qazın tədarük edilməsi ilə bağlı müqavilənin 2026-cı ildə imzalanma ehtimalı var.

Onun sözlərinə görə, mövcud geosiyasi vəziyyət nəzərə alınmaqla, layihənin həyata keçirilməsində hər iki tərəf maraqlıdır.

Qeyd edək ki, “Gazprom”un rəhbəri Aleksey Miller “Sibirin gücü-2” kəmərinin Çinə Rusiyanın yeni qaz sütunu olacağını bildirib.

“Rusiya Çinə layihələndirilmiş həmcdən (illik 50 milyard kubmetr) daha çox qaz tədarük edə biləcək. Layihənin maliyyələşdirilməsi sxemi isə 2026-cı ildə hazır ola bilər”.

Xatırladaq ki, Rusiya və Çin 2025-ci ildə “Sibirin gücü-2” qaz kəmərinin və Monqolustan ərazisindən keçəcək “Şərq İttifaqı” tranzit qaz kəmərinin tikintisi üzrə hüquqi öhdəlik daşıyan memorandum imzalayıblar.

Seçilən
24
teleqraf.com

1Mənbələr