AZ

ASCO-nun təminatsız bank kreditlərinin məbləği açıqlanıb

2025-ci il yanvarın 1-nə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) balans dəyəri 47,189 milyon manat olan təminatsız bank krediti olub.

Aznews.az xəbər verir ki, Məlumata görə, bu kredit 2025-ci ilin oktyabr ayından başlayaraq aylıq tranşlarla ödənilməli idi.

Kredit hesabat tarixinin sonunda Qrupun maliyyə borcunun (faiz ödənişləri ilə öhdəliklərinin) EBITDA-ya nisbətinin 2025-ci ilin sonuna kimi 3,5-dən çox ola bilməyəcəyini və kreditin ödəmə tarixinə qədər (iyun 2034-cü il) olan illərdə 3-dən çox ola bilməyəcəyini, əks təqdirdə kreditin tələb əsasında ödəniləcəyini bildirən bir kovenant var. Bu kovenant hər il dekabrın 31-də yoxlanılır. Qrup bu şərti 2024-cü ildə yerinə yetirib.

İl ərzində Qrup üçüncü tərəfə yaxta satıb və əldə olunan 13,698 milyon manat gəlir mənfəət və yaxud zərərdə tanınıb.

Seçilən
50
aznews.az

1Mənbələr