AZ

Sloveniyada seçkilər keçiriləcək - 22 martda

Avropa Birliyi (AB) ölkəsi olan Sloveniyada seçkilərin 22 mart bazar günü keçiriləcəyi açıqlanıb.
 
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Sloveniya Prezidenti Natasa Pirç Musar ölkədə hər dörd ildən bir keçirilən seçkilərin 22 mart bazar günü keçiriləcəyi barədə fərman imzalayıb və ədalətli seçkilərə ümid etdiyini bildirib.

Musar kənardan gələn dezinformasiya və manipulyasiyalara qarşı ayıq-sayıq olacaqlarını bildirib və seçki kampaniyası zamanı dialoqa çağırıb.

Bu arada, Sloveniyadakı seçkilər ölkə parlamentinin 90 yeni üzvünü müəyyən edəcək. 90 üzvdən 88-i sloven, 1-i italyan və 1-i macar olacaq.

Qeyd edək ki, Sloveniyada son seçkilər 24 aprel 2022-ci ildə keçirilib və hazırkı Baş nazir Robert Qolobun Azadlıq Hərəkatı partiyası birinci yeri tutub.
 
 

Seçilən
71
7news.az

1Mənbələr