"Zirə" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, "qartallar" Rüfət Abdullazadəni heyətinə cəlb edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçu cari mövsümün sonuna qədər icarəyə götürülüb. 

Qeyd edək ki, R. Abdullazadə ötən ilin yayında Xorvatiyanın "Varajdin" klubuna transfer olmuşdu. O, burada 10 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.