Azərbaycanın 1-ci liqa klubu "Difai"nin futbolçusu Bayraməli Qurbanov karyerasını Albaniyada davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə Ağsu təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
23 yaşlı vinger Albaniyanın 2-ci Liqasında çıxış edən "Beselidya" ilə anlaşıb.
Qeyd edək ki, "Beselidya" 10 turdan sonra Albaniya çempionatının turnir cədvəlində 26 xalla 1-ci pillədə qərarlaşıb.