
ABŞ prezidenti Donald Tramp ikinci müddətində Qrenlandiya başda olmaqla bir sıra ölkələrə qarşı sərt mesajlar verir.ABŞ prezidenti Donald Tramp ikinci prezidentlik müddətində xarici siyasətdə daha aqressiv xətt izləyir. Venesuelada həyata keçirilən dramatik əməliyyatdan sonra Trampın diqqəti digər strateji bölgələrə yönəlib. Xüsusilə Qrenlandiya onun çıxışlarında ön plana çıxır. Tramp adanı ABŞ üçün milli təhlükəsizlik baxımından vacib hesab edir və regionda Rusiya ilə Çinin artan təsirindən narahatlığını gizlətmir. Danimarkanın tərkibində olan Qrenlandiya isə bu iddiaları qəti şəkildə rədd edir və beynəlxalq hüquqa hörmət çağırışı edir. Ulusum.az xəbər verir ki, ekspertlər ABŞ-ın Qrenlandiya ilə bağlı atacağı mümkün addımların NATO daxilində ciddi gərginliyə səbəb ola biləcəyini bildirirlər.R.Daşdəmirova /Ulusum.az
Diqqət Çəkənlər
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Nar Qovurması
Qazaxda stomatoloq Tural Bayramovun TƏBİB xətti ilə fəaliyyəti diqqət çəkir