AZ

ABŞ yeni dünya nizamı qurur


ABŞ prezidenti D. Tramp Danimarka krallığına məxsus olan Qrenlandiyanı işğal etməyi planlaşdırır. Bir NATO ölkəsinin digər bir üzv ölkəyə məxsus ərazini işğal edirsə, bu qurumun fəaliyyəti formal xarakter daşıya bilər. ABŞ prezidentinin bu siyasəti NATO nüfuzdan düşməsinə və rəqibləri qarşısında zəifləməsinə gətirib çıxara bilər. Həmçinin ABŞ və Avropa İttifaqı arasında siyasi böhran gətirib çıxarmaqla, Qərb Alyansının parçalanmasına yola açar. Bir sözlə, ABŞ Avropa İttifaqına məxsus olan ərazini güc yolu ilə öz ərazisinə daxil etməyi planlaşdırır. Bundan sonra, Avropa İttifaqı ABŞ Təhlükəsizlik çətirindən imtina edəcək.

Göründüyü kimi, Rusiya dövlət başçısı V. Putin və ABŞ prezidenti D. Tramp eyni ortaq siyasi xəttə malik olaraq Avropa dövlətlərinin ərazilərini işğal edir.

Baş verənlər Çin və Rusiyanı cəsarətləndirə və qonşularına qarşı yeni hərbi əməliyyatlar keçirməsinə stimul verər. Onsuzda Rusiya Ukraynaya hücum edəndə planlarından biri, Qərb Alyansı parçalamaq və NATO zəif düşürməkdir.

Qrenlandiya adası NATO mühafizə zolağındadır. ABŞ burada öz geosiyasi mövqelərini əhəmiyyətli dərəcədə artıra bilər. Amma, Qrenlandiya adasını güc yolu ilə Danimarkadan alacaqsa, beynəlxalq hüququn çöküşü və ABŞ -Avropa müttəfiqiliyinin sonu demək olacaq.

Təbii ki, baş verənlərdən məmnun Rusiya olacaq. Artıq Rusiya keçmiş postsovet məkanı və Şərqi Avropanın öz nüfuz dairəsi kimi tanınanmasını siyasi gündəmə gətirir. ABŞ Qərb yarımkürəsini öz təsir zonası elan etdiyi kimi, Rusiya da keçmiş SSRİ ərazilərini öz təsir dairəsi kimi tanınmasına çalışacaq. Amma, Rusiya ABŞ deyil, Çin Rusiyanın bu siyasəti ilə razılaşmayacaq. Rusiyanın yeni dünya siyasi nizamında rolu olmayacaq.

ABŞ beynəlxalq nizamı özü qurur və Qərb yarımkürəsini nizama saldıqdan sonra Rusiya və Çinin Avrasiyada təsirlərini zəiflədə bilər.
Məhəmməd Əsədullazadə, siyasi ekspert
Seçilən
18
1
newscenter.az

2Mənbələr