AZ

Suriya və Fransa xarici işlər nazirləri görüşdü

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani Parisdə fransalı həmkarı Jan-Noel Barrot ilə görüşüb.

525.az xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər ortaq maraq doğuran məsələləri və iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi yollarını müzakirə ediblər.

Görüşdə həmçinin Fransa şirkətlərinin Suriyada fəaliyyətini bərpa etməyə hazırlığının qiymətləndirildiyi və Barrotun ölkəsinin Suriyanın inkişafı, yenidən qurulması və iqtisadi bərpa prosesinə dəstək vermək, eləcə də bütün sahələrdə birgə əməkdaşlığın gücləndirilməsinə sadiq olduğunu vurğuladığı bildirilib.

İbrahim Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
525.az

1Mənbələr