AZ

Fransa klubu İngiltərə Premyer Liqasından futbolçu transfer edib

Fransanın "Havr" komandası İngiltərə Premyer Liqasından futbolçu transfer edib.

"Far.Az" xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisi məlumat yayıb.

Komanda "Sanderlend"in müdafiəçisi Timoti Pembeleni cari mövsümün sonuna kimi icarə əsasında heyətinə qatıb.

Qeyd edək ki, 23 yaşlı futbolçu artıq bir dəfə "Havr"ın heyətində çıxış edib. O, 2024/2025 mövsümündə Fransada icarə əsasında oynayıb, 21 matçda 1 qol vurub.

Seçilən
87
far.az

1Mənbələr