AZ

Ucuz qiymətə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ 1300 AZN dən başlayır

ain.az bildirir, Baku.ws portalına istinadən.

Azərbaycanda dövlət qurumlarının balansında olan nəqliyyat vasitələrinin satışı üzrə martın 3-də açıq hərrac keçiriləcək.

BAKU.WS-in məlumtına görə, hərraca Müdafiə Nazirliyi, Maliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Hesablama Palatası və digər qurumlara məxsus ümumilikdə 26 nəqliyyat vasitəsi çıxarılacaq.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən satışa çıxarılan nəqliyyat vasitələri arasında "BMW", "Toyota", "Nissan", "Mercedes-Benz", "Audi", "Chevrolet" markalı minik avtomobilləri, "PAZ" və "İVECO" avtobusları, həmçinin təcili yardım və yük avtomobilləri yer alır.

Avtomobillərin buraxılış illəri 1989–2014-cü illəri əhatə edir. Start qiymətləri 1300 manatdan başlayaraq 19 000 manata qədər dəyişir.

Hərracda iştirak etmək istəyən şəxslər satışa çıxarılan avtomobillərlə əvvəlcədən tanış ola bilər. Bunun üçün balanssaxlayıcı təşkilatlar tərəfindən şərait yaradılır. İştirakçılar start qiymətinin 10 faizi həcmində beh ödəməlidir.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı

S/N Balanssaxlayıcı müəssisə Nəqliyyat vasitəsinin markası Buraxılış ili Start qiyməti (manat) 1 AR Müdafiə Nazirliyi Avtobus IVEKO M23 (xüsusi) 1998 6 750 2 AR Müdafiə Nazirliyi Mercedes-Benz S350 (minik) 2003 3 750 3 AR Müdafiə Nazirliyi PAZ-3205 2006 15 000 4 Hesablama Palatası Toyota Camry (minik) 2014 10 500 5 Hesablama Palatası Toyota Camry (minik) 2014 10 750 6 NK İşlər Müdiri BMW 730Li (minik) 2006 5 500 7 NK İşlər Müdiri BMW 760Li 2006 6 000 8 Xarici İşlər Nazirliyi BMW 528i (minik) 2014 14 000 9 Yasamal RİH Nissan Maxima (minik) 2006 3 200 10 "Azəristiliktəchizat" ASC UAZ-3741 (xüsusi) 1989 1 300 11 Samux RİH BMW 730Li (minik) 2006 5 000 12 Müdafiə Sənayesi Nazirliyi QAZ 3110 (minik) 1998 1 550 13 "Azəridmanservis" MMC BMW 730Li (minik) 2006 8 500 14 Gənclər və İdman Nazirliyi BMW 730 (minik) 2011 15 000 15 Gənclər və İdman Nazirliyi BMW 730Li (minik) 2006 8 600 16 FHN Tibb Xidməti BMW 525i (minik) 2006 10 500 17 FHN Tibb Xidməti Nissan Pathfinder (minik) 2006 12 000 18 FHN Dövlət Ekspertiza Nissan Pathfinder (minik) 2006 11 000 19 FHN Dövlət Ekspertiza Chevrolet Epica (minik) 2008 5 500 20 Neftçala RMX QAZ-322174-32 (təcili yardım) 2004 5 000 21 Neftçala RMX QAZ-32214-32 (təcili yardım) 2004 5 000 22 Maliyyə Nazirliyi Nissan Maxima (minik) 2005 3 200 23 Maliyyə Nazirliyi Chevrolet Niva 2123 (minik) 2007 2 800 24 Maliyyə Nazirliyi Chevrolet Niva LC (minik) 2010 3 000 25 Maliyyə Nazirliyi Nissan Maxima (minik) 2006 3 500 26 İqtisadiyyat Nazirliyi Audi A6 (minik) 2014 19 000 27 ETSN Nəqliyyat İdarəsi KAMAZ 6520 (yük) 2008 1 400

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
1
baku.ws

2Mənbələr