“Könüllülər koalisiyası” daxilində Ukraynaya yardım mövzusunda ziddiyyətlər artmaqdadır.
Redaktor.az xəbər verir ki, bu barədə Fransanın "Le Figaro" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Skandinaviya və Baltik ölkələri Almaniya və Fransanı Ukraynaya kifayət qədər dəstək göstərməməkdə ittiham edir. Həmin ölkələrin nümayəndələri hesab edirlər ki, öz imkanlarına nisbətdə daha böyük yük daşıyırlar, halbuki Avropanın iri iqtisadiyyatları ölçülərinə uyğun olaraq daha az yardım edir.
Aytəkin TOFİQQIZI