Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu Portuqaliya millisinin üzvü Joao Kanselonun "Barselona"ya transferi ilə bağlı maraqlı təklif irəli sürüb.
Fanat.Az xəbər verir ki, tərəflər arasında gedən son danışıqlarda "Əl-Hilal" Robert Levandovskinin mövsümün sonuna qədər icarə əsasında heyətə qatılmasını təklif edib.
Saşa Tavolierinin məlumatına görə, bu keçid reallaşacağı təqdirdə polşalı hücumçunun maaşı artırılacaq və onun bütün əməkhaqqı xərclərini Səudiyyə klubu öz üzərinə götürəcək.
Hazırda qərar vermək növbəsi təcrübəli forvardın özündədir.