Federiko Kyeza yenidən əvvəlki klubunda oynaya bilər.
"Football-plus.az" xəbər verir ki, “Yuventus” hazırda “Liverpul”da çıxış edən sabiq futbolçusunu heyətinə qaytarmaq üçün hərəkətə keçib. Tanınmış insayder Fabritsio Romanonun məlumatına görə, Turin klubu transferlə bağlı rəsmi danışıqlara başlayıb. Proses hazırda ilkin mərhələdədi və transferin reallaşması “Liverpul” rəhbərliyi ilə futbolçunun verəcəyi qərardan asılı olacaq.
28 yaşlı futbolçunun İngiltərə klubu ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdi.
Xatırladaq ki, Federiko “Liverpul”a transfer olunmazdan əvvəl “Yuventus”da çıxış edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta