AZ

The Times: İranda etirazçılara qarşı heç bir güzəşt olmayacaq...

Trampın mümkün hərbi müdaxilə təhdidlərinə baxmayaraq Tehran sərt mövqedən geri çəkilmir...

İran hakimiyyəti ölkədə davam edən etiraz aksiyalarının iştirakçılarına qarşı heç bir güzəşt edilməyəcəyini bəyan edib. Bu mövqe ABŞ prezidenti Donald Trampın mümkün hərbi müdaxilə ilə bağlı xəbərdarlıqlarına baxmayaraq açıqlanıb.

Poliqon xəbər verir ki, bu barədə Britaniyanın The Times qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, hüquq müdafiəçiləri və fəalların məlumatına əsasən, etiraz aksiyaları zamanı azı 35 nəfər həlak olub. Bunun fonunda İran hakimiyyəti getdikcə daha sərt və açıq şəkildə meydanoxuyan mövqe nümayiş etdirir. Təhlükəsizlik qüvvələrinin aksiyalara qarşı davranışı ölkə daxilində və beynəlxalq aləmdə ciddi narahatlıq doğurur.

Məlumatda qeyd olunur ki, Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra Tehrana qarşı ritorikanı daha da sərtləşdirib. ABŞ prezidenti mümkün güc tətbiqi variantını istisna etməyib və bu bəyanatlar regionda gərginliyi artıran amil kimi qiymətləndirilir.

The Times-in təhlilinə görə, ABŞ-nin mümkün hərbi əməliyyatı birbaşa rejim dəyişikliyini hədəfləyə bilər. Nəşr bu ssenarini Venesuela ilə bağlı son hadisələrlə müqayisə edir və bildirir ki, belə bir əməliyyat İranın əsas repressiya mexanizmlərini, o cümlədən Sepahı və onunla əlaqəli strukturları hədəfə ala bilər.

Analitiklərin fikrincə, həm Tehranın sərt daxili siyasəti, həm də Vaşinqtondan səslənən açıq hədələr Yaxın Şərqdə yeni və daha təhlükəli eskalasiya riskini artırır. Mövcud vəziyyət beynəlxalq ictimaiyyətin diqqətini yenidən İran ətrafında cəmləşdirib.

Poliqon.info

Seçilən
46
poliqon.info

1Mənbələr