BAKI, 6 yanvar. TELEQRAF
Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakobyanın kilsədə keçirilən Milad ayininə maraqlı geyimdə və qeyri-adi zərgərlik əşyalarında qatılması müzakirələrə səbəb olub.
Teleqraf Ermənistan mətbuatına istinadən xəbər verir ki, Hakopyan həmin gün İtaliyanın "Casato" brendinin "Aphrodite" kolleksiyasından zərgərlik əşyaları taxıb.
İnternetdə mövcud məlumatları araşdırdıqdan sonra sırğaların təxminən 2,5 milyon dram, boyunbağının 3,5 milyon dram, üzüyün isə təxminən 2 milyon dram dəyərində olduğu müəyyən edilib. Bu o deməkdir ki, həmin gün Hakobyanın təkcə zərgərlik məmulatlarının ümumi dəyəri 8 milyon (36 min manat ekvivalentində) dram olub.