GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın kilsədə keçirilən Milad liturgiyasına taxdığı zinət əşyaları müzakirələrə səbəb olub.
Globalinfo.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Akopyanın istifadə etdiyi zinət əşyaları İtaliyanın “Casato” brendinin “Aphrodite” kolleksiyasına aiddir.
Məlumata görə, sırğalar təxminən 2,5 milyon dram (təxminən 11 min AZN), boyunbağı 3,5 milyon dram (təxminən 16 min AZN), üzük isə təxminən 2 milyon dram (9 min manat) dəyərindədir. Bu o deməkdir ki, həmin gün Akopyanın təkcə zərgərlik məmulatlarının ümumi dəyəri 8 milyon (36 min manat ekvivalentində) dram olub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.