AZ

Ermənistan Azərbaycan benzini hesabına BU QƏDƏR qənaət edəcək

Ermənistan Azərbaycan mənşəli benzinin idxalı hesabına yanacaq xərclərində hər il təxminən 100 milyon dollar qənaət edə bilər.

NOCOMMENT.az xəbər verir ki, bunu hakim “Vətəndaş Sazişi” partiyasından olan deputat Xaçatur Sukiaysyan bildirib. Qeyd olunur ki, onun şirkəti Azərbaycan benzininin idxalı ilə məşğul olub.

Deputatın sözlərinə görə, Ermənistan son 30 il ərzində neft məhsullarını müxtəlif ölkələrdən idxal edib və uzun illər nəqliyyat yollarının bağlı olması səbəbindən böyük logistik xərclər ödəmək məcburiyyətində qalıb: “Ermənistan son 30 ildə daim müxtəlif ölkələrdən neft məhsulları idxal edib. Onilliklər boyu nəqliyyat marşrutları bağlı olub və daşınma xərclərinə böyük məbləğlər sərf edilib. Təxmini hesablamalara görə, əgər Ermənistan istehlak etdiyi yanacağın 80 faizini qonşu ölkələrdən almağa başlasa, ildə 80–100 milyon dollar vəsaitə qənaət edə bilər. Bu məbləğ isə digər sahələrin inkişafına yönəldilə bilər”.

Seçilən
63
nocomment.az

1Mənbələr