AZ

“Beşiktaş” Ünderlə bağlı qərarını verdi

“Beşiktaş” Cengiz Ünderlə bağlı qərarını verib.

İdmanxeber.az xəbər verir ki, İstanbul klubu “Fənərbağça”dan icarəyə götürdüyü türkiyəli vingerin transfer hüquqlarını alıb.

Yerli mətbuata görə, “Beşiktaş” bu keçid üçün 1,5 milyon avro ödəyəcək.

28 yaşlı futbolçunun yaxın günlərdə “ağ-qaralar”la uzunmüddətli müqavilə imzalaması gözlənilir.

Mövsümün əvvəlindən “Beşiktaş”da çıxış edən Ünder 12 oyunda 4 qol və 2 assistlə yadda qalıb.

Seçilən
13
idmanxeber.az

1Mənbələr