AZ

Hərbi plan bilindi, 3 ölkə hədəf göstərildi Ordu Karakasa daxil olacaq

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Venesuela Prezidenti Nikolas Maduronun həbs edilməsi Latın Amerikası və qlobal geosiyasi mənzərə üçün yeni reallıqlar yaradıb. Bu hadisə, regionda ABŞ-ın təsir dairəsini gücləndirmək və mövcud rejimlərin legitimliyini sınamaq istiqamətində atdığı addımların növbəti mərhələsi kimi qiymətləndirilir.

Eyni zamanda, ABŞ-ın Qrenlandiya, Kuba, Kolombiya və digər qonşu dövlətlərlə bağlı hərbi plan və təzyiqləri göstərir ki, Latın Amerikası artıq “quru müdaxilə” imkanlarının aktiv nəzərdən keçirildiyi bir arena halına gəlib.

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ Prezidenti Donald Trampın Venesuelanın lideri Nikolas Maduronun həbsinə qədərki addımları, regionda öz geosiyasi mövqelərini möhkəmləndirmək üçün yenidən Monro Doktrinasına qayıdışının göstəricisidir:

“Ümumiyyətlə, ABŞ Qərb yarımkürəsində özünü tam hegemon elan edib. Çin və Rusiyanın bu regiona daxil olması mümkünsüz görünür. Venesueladan sonra Kubaya qarşı da əməliyyatların keçirilməsi ehtimalı var. Lakin bütün baş verənlərdən sonra ABŞ-ın quru qoşunları yenə də Venesuelaya daxil ola bilər. Amma bu qərarın məqsədi hərbi əməliyyatlar olmayacaq. Çünki Karakas hökuməti artıq təslim olub.

Məhəmməd Əsədullazadə

Ümumiyyətlə, belə hallar tarix boyunca yaşanıb, bu, birinci və axırıncı hadisə deyil. Hazırda yeni dünya siyasi nizamının qurulması gedir və köhnə nizam pozulur. Bütün hüquqlar kağız üzərində qalır. Üçüncü Dünya müharibəsi XXI əsrdə fərqli formada başlayıb. Məsələn, artıq bir ölkə digər qonşu dövlətə rahatlıqla hücum edir. Bunu Rusiya-Ukrayna nümunəsində görürük. ABŞ isə paralel olaraq dünyada hegemonluğunu inkişaf etdirir. Hətta Venesuela özü də Qanaya hücum etmişdi. Beynəlxalq münasibətlər sistemi sürətlə dəyişir və burada dominantlıq Vaşinqtondadır. ”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
globalinfo.az

1Mənbələr