Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Abşeron rayonunda 22 yaşlı oğlan kafe işlədən qadına xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhəri, Köhnə Bazar adlanan ərazidə yerləşən kafedə baş verib. Ağsu rayon sakini, 2003-cü il təvəllüdlü Asim sərxoş vəziyyətdə ucadan kafedə nalayiq ifadələr işlədib. Kafeni işlədən Xumar (adlar şərtidir – red.) onun nalayiq hərəkətlərinin qarşısını alıb və kafedən çıxarandan bir neçə dəqiqə sonra yenidən kafeyə daxil olmaq istəyərkən qadın onu içəri buraxmayıb. Bu zaman nalayiq ifadələr işlətməsini davam etdirib, qadına qarşı zorakılıq edib və heç bir əsaslı səbəb olmadan insanların gözü yumruqla bir dəfə sifət nahiyəsindən vurub. Hadisəni törədən Asimin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Asim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Xumarı təxminən bir ilə yaxındır tanıyır: “Mən əmimin Xırdalan şəhərində yerləşən evinə qonaq gələndə Xumarın kafesinə tez-tez gedib spirtli içki qəbul etmişəm. Buna görə də bir-birimizi qiyabi olaraq tanıyırıq. Hadisə günü, saat 12 radələrində həmin kafeyə gedərək yenə də spirtli içki qəbul etdim. 2-3 bakal pivə içdim. Xatırlamadığım səbəbdən kafedə söyüş söydüm. Buna görə də digər müştərilər irad bildirdilər. Nəticədə müştərilərlə aramda mübahisə oldu. Mübahisə zamanı tanımadığım müştəri ilə mübahisə etdim. Bu səbəbdən də Xumar məni kafedən çıxardı və bir daha kafeyə gəlməməyimi bildirdi. Təxminən 15-20 dəqiqə sonra yenidən kafeyə gəldim. Xumar kafenin qarşısında məni qarşıladı. Ondan kafeyə keçməyə icazə istəsəm də, icazə vermədi. Buna görə də əsəbləşdim və onun sifətinə bir dəfə yumruq zərbəsi vurdum. Daha sonra isə oradan getdim”. Abşeron Rayon Məhkəməsinin hökmü ilə Asim 3 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub. O, dərhal məhkəmə iclas zalından həbs edilib.Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.