BAKI, 6 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi məqsədilə aparılan əməliyyat zamanı öldürülənlərin əksəriyyətinin kubalı olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Trampın çıxışı "C-Span" kanalında canlı yayımlanıb.
Onun sözlərinə görə, ABŞ tərəfindən insan itkisi olmayıb:
"Digər tərəfdən çoxlu sayda itiklər var. Bunlar əsasən kubalı əsgərlərdir. Onlar bizim gələcəyimizi bilirdilər. Onlar qorunurdu, bizimkilər isə yox. Bizimkilər helikopterlərdən tullanırdı", - Tramp deyib.