AZ

ABŞ-ın təzyiqi altında olan Venesuela hökuməti birlik mesajı göndərdi

ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronun həbsindən sonra Karakas hökumətinə təzyiqlər davam etdikcə, Venesuela siyasətçiləri birlik mesajı göndəriblər.

Turkustan.az xəbər verir ki, yanvarın 3-nə keçən gecə ABŞ paytaxt Karakas da daxil olmaqla Venesuelanın müxtəlif bölgələrinə hava hücumları təşkil etdi və Maduronu "narkotik qaçaqmalçılığı ilə məşğul olan terror təşkilatının lideri" olmaqda ittiham edərək saxladı .

Vaşinqton administrasiyasının Venesuela sahil xətti də daxil olmaqla Karib dənizində aylarla davam edən hərbi quruculuğu, neft tankerlərinin ələ keçirilməsi və bəzi qonşu ölkələrə qoşun yeritməsi ABŞ-ın mümkün hava hücumunun əlaməti kimi şərh olunsa da, hazırkı prezidentin saxlanılması fövqəladə hadisə kimi qeydə alınıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
54
1
turkustan.az

2Mənbələr