AZ

İranda iqtisadi etirazlar: 568 polis və 66 Bəsic üzvü yaralandı

İranda iqtisadi problemlər səbəbindən baş verən etirazlar zamanı baş verən toqquşmalarda indiyə qədər 634 təhlükəsizlik işçisinin yaralandığı bildirilir.

Turkustan.az xəbər verir ki, İranın yarı-rəsmi Tasnim Xəbər Agentliyinin məlumatına görə, etirazlarda baş verən toqquşmalarda 568 polis məmuru və könüllü təhlükəsizlik qüvvəsi olan Bəsicin 66 üzvü yaralanıb.

Bildirilib ki, iki mühafizəçi döyüş sursatından, 152 nəfər ov tüfəngindən atılan güllələrdən və 11 nəfər bıçaqdan yaralanıb.

Bu arada, bu gün nümayişlərin başladığı Tehranın Böyük Bazarı ətrafındakı ərazidə başqa bir qrup etiraz aksiyası keçirib.

Hökumət əleyhinə şüarlar səsləndirən təxminən 150 nəfərlik qrup polis tərəfindən dağıdılıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
68
1
turkustan.az

2Mənbələr