AZ

Trampın növbəti hədəfi bu ölkədir

"Qrenlandiya ABŞ-yə məxsus olmalıdır".

Milli.Az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın Baş Qərargah rəisinin müavini Stiven Miller CNN-ə müsahibəsində bildirib. 

"Hazırkı ABŞ Administrasiyanın rəsmi mövqeyi əvvəldən bəllidir: Qrenlandiya ABŞ-nin bir hissəsi olmalıdır. Prezident bu barədə çox açıq danışıb", - o, deyib.

Miller aparıcının qoşunların yerləşdirilməsi ehtimalı ilə bağlı sualına birbaşa cavab verməkdən yayınsa da, "heç kim Qrenlandiyanın gələcəyi ilə bağlı Birləşmiş Ştatlarla hərbi münaqişəyə girməyəcək", - deyə söyləyib.

Qeyd edək ki, Qrenlandiya Danimarka krallığına daxil olan muxtar ərazidir. Ağ Ev rəhbəri Donald Tramp həm 2017-2021-ci illərdə ilk prezidentliyi dövründə, həm də ikinci prezidentliyi dövründə dəfələrlə Qrenlandiyanın ABŞ-yə qatılmalı olduğunu bildirib. 

Milli.Az

Seçilən
52
milli.az

1Mənbələr