GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri və Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi müttəfiqi Dövlət Baxçalı ABŞ-ın Venesuela Prezidenti Nikolas Maduronu saxlamasını “Karib dənizi quldurları” filmi ilə müqayisə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, partiyasının parlament fraksiyasının iclasında çıxışı zamanı deyib.
“Karib dənizi quldurları” filmini böyük ekranda və ya televizorda izləyirik. Amma indi həmin film rəsmi və açıq şəkildə bütün dünyanın gözü qarşısında Venesuelanın paytaxtı Karakasda lentə alınır. Mən bu qanunsuz və hüquqa zidd hücumu təkcə qınamıram, həm də qətiyyətlə rədd edirəm”, — deyə Baxçalı bildirib.
TRT-nin məlumatına görə, onun bu çıxışı parlamentdə alqışlarla qarşılanıb.
Baxçalı qeyd edib ki, beynəlxalq hüquqa əsaslanan və zəif də olsa işləyən diplomatik nizam indi iflic vəziyyətə düşüb və ölümcül zərbə alıb. O bildirib ki, ABŞ-ın əsas məqsədi enerji axınlarına nəzarət, qiymətli metallar və minerallar, xüsusilə qızıl üzərində hökmranlıq və Venesuelanın malik olduğu hər şeyə nəzarətdir.
Baxçalı ABŞ Konqresini müdaxiləyə və Donald Tramp administrasiyasının beynəlxalq hüquqa zidd addımlarına son qoymağa çağırıb:
“Maduro vətəninə ekstradisiya olunmalıdır. Venesuelanın taleyini yalnız onun xalqı müəyyən edə bilər,” — deyə türkiyəli siyasətçi vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.