AZ

Rusiya İstintaq Komitəsi təyyarə qəzası ilə bağlı cinayət işinə niyə xitam verib?

ain.az bildirir, Azpost saytına əsaslanaraq.

Rusiya İstintaq Komitəsinin 2024-cü ilin dekabrında qəzaya uğramış AZAL-ın sərnişin təyyarəsinin istintaqına dair Azərbaycan Baş Prokurorluğuna göndərdiyi  rəsmi cavab BT News teleqram kanalında yayımlanıb.

AzPost bildirir ki, bu sənəddə cinayət işinə xitam verildiyi bəyan olunur.

Sənəddə qəza ilə bağlı bu günə qədər faktlarla subut edilmiş detallar gözardı edilib. Qeyd olunur ki, AZAL təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən Rusiyada enə bilməyib. Eniş zamanı yerə çırpılıb. Bu əsasla cinayət işinə xitam verilib.

Bu cavab haqlı olaraq rəsmi Bakının etirazına səbəb olub. Xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfrasında bildirib ki, Rusiyanın bu cavabı onları təəccübləndirib.

Çünki Rusiya İstintaq Komitəsinin cavabı prezident Putinin bununla bağlı açıqlamasından kəskin fərqlənir və əslində dövlət başçısını təkzib edir.

Oktyabrın 10-da Düşənbədə Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə AZAL təyyarə qəzasını müzakirə edib. Putin hadisənin Rusiyanın hava məkanında baş verdiyini xatırladaraq, Azərbaycan Prezidentindən bir daha üzr istəyib.

Putin bildirib ki, Rusiya həmin gün öz sərhədini keçən üç Ukrayna pilotsuz uçuş aparatını (dronu) izləyirdi.  Onun sözlərinə görə, hava hücumundan müdafiə sistemi həmin dronları vurmaq üçün iki raket buraxıb, lakin bu raketlər AZAL təyyarəsini birbaşa vurmayıb, yalnız bir neçə metr məsafədə partlayıb.

İndi bu bu sənəd nəyi göstərir?

Bu, sadəcə məsuliyyətdən yayınma cəhdidir. “hava şəraiti” əsas gətirib bu hadisənin cavabdehliyini öz üzərindən atmaq cəhdi sadəcə heyrət doğurur.

Ekspertlərin yekdil rəyi belədir ki, AZAL təyyarəsi “Pantsir-S1” hava hücumundan müdafiə kompleksindən buraxılan raket ilə vurulub, Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb.

Rusiya İstintaq Komitəsinin sədri Bastrikinin imzaladığı sənədi Rusiya prezidenti Vladimir Putinin 9 oktyabrda Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində səsləndirdiyi rəsmi mövqeyi ilə birbaşa ziddir.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
55
azpost.info

1Mənbələr