Azərbaycan Prezidenti İlham Əliyev yerli mətbuata önəmli açıqlamalar verib.
Moderator.az xəbər verir ki, Türkiyənin "Haber Global" kanalı dövlət başçısının mühüm bəyanatlarına diqqət çəkib.
Süjetdə Azərbaycan Prezidentinin öz müsahibəsində 2025-ci ilin yekunlarını ətraflı şəkildə təhlil etdiyi bildirilir.
Qeyd olunur ki, dövlət başçısı sülh sazişinin Vaşinqtonda paraflanmasından tutmuş, Zəngəzur dəhlizi və Qəzza böhranına qədər bir çox əhəmiyyətli məsələləri dəyərləndirib.
Həmçinin, İlham Əliyev Azərbaycanın dünya arenasında hər gün artan nüfuzuna da diqqət çəkib.
Prezident türk dünyasına da çağırış edib. O, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi, bu əməkdaşlığın hərbi müstəvidə inkişafının zəruriliyini vurğulayıb.