AZ

Məktəbdə istilik problemi narazılığa səbəb olubVİDEO

Göyçayın Çaxırlı kənd tam orta məktəbində istilik problemi var. Şagirdlərin soyuq otaqlarda oturması valideynlərin narazılığına səbəb olur. Yaranmış vəziyyət davamiyyətə də mənfi təsir edir.

Xezerxeber.az-ın məlumatına görə, məktəbin istilik sistemində yaranan problemin bayram günlərində aradan qaldırılacağı deyilmişdi, lakin məsələ hələ də həll olunmayıb.

Məktəb 2019-cu ildə yenidən əsaslı təmir olunub. Hazırda məktəbin qızdırılması ilə bağlı problem var. Bu da davamiyyətə mənfi təsir edir.

Valideynlər istilik probleminin qısa zamanda aradan qaldırılmasını və tədris prosesinin normal şəkildə davam etdirilməsini istəyirlər. 

Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, məsələ yaxın vaxtlarda həll olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
38
xezerxeber.az

1Mənbələr