AZ

Abituriyentlərin bu addımları nəticələrə mənfi təsir göstərə bilər - Təhsil ekspertindən XƏBƏRDARLIQ

Bildiyimiz kimi, buraxılış imtahanına təxminən iki ay qalıb. Bu müddət ərzində bəzi valideynlər övladlarını daha çox sıxır və onları tez-tez sınaq imtahanlarına göndərirlər.

Bəs abituriyentlərin mütəmadi şəkildə sınaq imtahanlarında iştirakı həqiqətən onların hazırlığına kömək edirmi?

Təhsil eksperti Elçin ƏfəndRedaktor.az-a açıqlamasında bildirdi ki, hazırkı mərhələdə abituriyentlərin sınaq imtahanlarında iştirakı olduqca vacibdir:

"Onlar ən azı ayda bir dəfə müxtəlif təşkilatların keçirdiyi sınaq imtahanlarında iştirak etməlidirlər ki, real bilik səviyyələrini obyektiv şəkildə qiymətləndirə bilsinlər. Lakin sınaq imtahanlarının çox tez-tez verilməsi düzgün yanaşma deyil. Bir ay ərzində iki və ya üç dəfə sınaq imtahanına cəlb olunmaq abituriyentdə əlavə həyəcan yaradır və onu daim imtahan psixologiyasında saxlayır. Bu isə nəticələrə mənfi təsir göstərə bilər. Bu səbəbdən abituriyentin bir ay ərzində iki-üç dəfə sınaq imtahanı verməsi zəruri deyil. Buraxılış imtahanına hazırlıq mərhələsində abituriyent ayın əvvəlində bir təşkilatda, ayın sonunda isə başqa bir təşkilatda sınaq imtahanı verə bilər. Yəni ay ərzində maksimum iki sınaq imtahanı kifayət edir, minimum isə bir sınaq imtahanında iştirak etməsi tam yetərlidir".

Ekspertin sözlərinə görə, sınaq imtahanlarının nəticələri vasitəsilə abituriyentlərin mövcud göstəricilərini, mövzular üzrə hazırlıq səviyyələrini və zəif tərəflərini daha dəqiq müəyyənləşdirmək mümkündür:

"Bu baxımdan sınaq imtahanları abituriyentlər üçün faydalıdır və onların nəticələrinin təhlili və analizi baxımından mühüm rol oynayır. Lakin abituriyentləri həddindən artıq tez-tez imtahanlara yönləndirmək düzgün hesab edilmir. Valideynlər bu məqamı mütləq nəzərə almalıdırlar".

Xədicə BAXIŞLI 

Seçilən
98
2
redaktor.az

3Mənbələr